İstifadəçi şərtləri
- Ana Səhifə
- İstifadəçi şərtləri
Bu Xidmətlərdən İstifadə Şərtləri və Müddəalar (burada və bundan sonra “İstifadə Şərtləri” adlandırılan) İstifadəçi (aşağıda göstərildiyi kimi) tərəfindən “MSB” şirkəti tərəfindən göstərilən Xidmətlərə (aşağıda göstərildiyi kimi) daxil olunması və onlardan təkbaşına və ya “MSB” MMC ilə bu Müqaviləni imzalamış şəxs tərəfindən giriş icazəsi verilmiş digər şəxs tərəfindən istifadə edilməsi üçün tətbiq olunur. İstifadəçi həmçinin Xidmətlərə daxil olunması və onlardan istifadə edilməsi ilə bağlı Şirkətin (aşağıda göstərildiyi kimi) vaxtaşırı olaraq təqdim edə biləcəyi hər hansı digər təlimatlara da riayət etməlidir.
Bu İstifadə Şərtlərinin məqsədləri üçün, aşağıda göstərilən terminlər aşağıdakı mənaları daşıyır: “Hesab” İstifadəçinin MSB mobil tətbiqi vasitəsilə uzaqdan idarəetmə yolu ilə “MSB” şirkəti tərəfindən quraşdırılmış avadanlıqlardan istifadə hüququnu verən hesab deməkdir; “İş günü” Şənbə, Bazar və Azərbaycan Respublikasında tətbiq olunan hər hansı qeyri-iş günü istisna olmaqla hər hansı təqvim günü; “Elektron Daxilolma Cihazı” kompyuter, telefon, mobil telefon, smartfon, rəqəmli assistent (PDA), mobil cihaz, simsiz cihaz və Xidmətlərdən istifadəsi üçün İstifadəçinin istifadə etdiyi istənilən digər elektron cihaz; “Mobil Qoşmalar” xüsusi olaraq mobil cihazlar üçün nəzərdə tutulmuş Şirkətin internet saytları və ya Proqram Təminatı vasitəsilə müəyyən mobil cihazlardan istifadə etməklə İnternet Qoşmalarına daxil olma deməkdir; “Veb Qoşması” Şirkətin Mobil Qoşmanı daxil edən Hesab.Az adı ilə gedən veb qoşmaları deməkdir. “Şifrə” İstifadəçinin Xidmətlərdən istifadə etmək üçün özünü eyniləşdirmək üçün seçdiyi məxfi rəqəmlər və/və ya hərflər kombinasiyası deməkdir. “Ödəniş” MSB MMC-nin mobil tətbiqi (application) vasitəsilə ödəniş qəbul edən təşkilata həyata keçirilən istənilən ödəniş deməkdir; “Şirkət” 13/07/2007 tarixində Vergilər Nazirliyində qeydiyyatdan keçirilmiş (VÖEN: 7701780551) “MSB” MMC və onun istənilən törəmə şirkətləri və/və ya filialları deməkdir; “Xidmətlər” Elektron Daxilolma Cihazı vasitəsilə daxil oluna bilən Şirkətin Veb Qoşması vasitəsilə təklif etdiyi xidmətlər və funksiyalar deməkdir; “Üçüncü Tərəf” İstifadəçidən və Şirkətdən başqa hər hansı tərəf deməkdir. “İstifadəçi Adı” İstifadəçinin Hesab.az-a təqdim etdiyi elektron poçt ünvanı. İstifadəçi Veb Qoşmasına daxil olmaq üçün öz İstifadəçi Adını və Parolunu daxil etməlidir; və “İstifadəçi” Xidmətlərdən istifadə etmək üçün qeydiyyatdan keçirilmiş hər hansı şəxs deməkdir.
İstifadəçi qəbul edir ki, Şirkət İstifadəçiyə əvvəlcədən heç bir bildiriş vermədən Xidmətlərin istənilən hissəsinə əlavələr etmək, istənilən hissəsini çıxarmaq və ya dəyişmək hüququnu özündə saxlayır, və bu hallarda İstifadə Şərtləri belə əlavə olunmuş və ya dəyişdirilmiş Xidmətlərə (və ya onların hər hansı hissəsinə və ya funksiyasına) tətbiq olunmağa davam edəcək.
Şirkət yenilikləri, müxtəlif aksiyalar və digər vacib məlumatlar ilk öncə mobil tətbiqin “Bildirişlər” hissəsində qeyd olunur. Bu məlumatlar həmçinin elektron poçt vasitəsi ilə və POP-UP texnologiyası ilə İstifadəçinin nəzərinə çatdırıla bilər. İstifadəçi elektron poçt vasitəsi ilə məlumat almaq istəmədiyi halda mobil tətbiqdəki Şəxsi kabinet`də, “bildirişləri dayandır” linkindən istifadə edərək, bu imkanı ləğv etmək hüququndadır.
İstifadəçi “MSB” mobil tətbiqinə daxil olmaq üçün öz İstifadəçi Adından və Şifrəsindən istifadə etməlidir. Xidmətlərə daxil olduqdan sonra, İstifadəçiyə onun verdiyi və ya vermək niyyətində olduğu istənilən göstərişə görə cavabdeh olmağı qəbul etmək və ya onunla razılaşmaq səlahiyyəti verilir. Belə göstəriş İstifadəçinin imzaladığı yazılı göstərişlər ilə eyni hüquqi qüvvəyə malik olur.
İstifadəçi “MSB” MMC-yə məxsus avadanlıqların uzaqdan idarə edilməsinə görə “MSB” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təyin edilən tarifləri qəbul etdiyini bildirir və bu Müqaviləni imzalamaqla müəyyən edilmiş tariflər əsasında ödəniş etmək öhdəliyi daşıyır. Bütün ödənişlər aşağıda sadalanan plastik kartların birindən istifadə etməklə həyata keçirilməlidir: Visa, Visa Electron, MasterCard, Maestro, Albalı və Bir Kart. Şirkət İstifadəçi ilə hər hansı Üçüncü Tərəf (müştəriyə məxsus Bank) arasında yaranan istənilən mübahisələrə görə məsuliyyət daşımır,. Şirkət İstifadəçinin və ya hər hansı Ödənişin benefisiarının saxtakarlığa, qeyri-qanuni və ya yanlış hərəkətə yol verdiyini hesab edərsə və ya hər hansı yanlışlıq və ya səhv meydana çıxarsa, “MSB” MMC Şirkəti bildiriş təqdim etmədən İstifadəçinin verdiyi və vermək niyyətində olduğu göstərişi qəbul etməyə bilər və ya ondan imtina edə bilər.
İstifadəçinin elektron vasitələrlə verdiyi və ya vermək niyyətində olduğu Şirkətin aldığı hər hansı yazışma və ya müqavilə, onun faktiki olaraq İstifadəçidən göndərilib-göndərilməməsindən asılı olmayaraq, müvafiq qaydada İstifadəçi tərəfindən səlahiyyətləndirilmiş və onun məsuliyyətində olan hesab olunur və İstifadəçi üçün məcburidir. İstifadəçi razılaşır ki, elektron vasitələrlə çatdırılan, alınan və ya bağlanılan istənilən yazışma və ya müqavilə imzalanmış və/və ya çatdırılmış və mövcud qanunvericiliyə uyğun olaraq “yazılı sövdələşmə” hesab olunur. İstifadəçi həmçinin razılaşır ki, yazışma və ya müqavilə elektron vasitələrlə çatdırıldığına, alındığına və ya bağlandığına görə və eləcə də “yazılı” və ya imzalanmış olmadığına və ya əlbəəl çatdırılmadığına görə heç bir belə yazışma və ya müqavilə ilə bağlı mübahisə etməyəcək. Bu İstifadə Şərtlərinin məqsədləri üçün, “elektron vasitələr” termini kompyuter, telefon, mobil telefon, smartfon, İnternet, elektron poçt, rəqəmli assistent (PDA), faks və ya istənilən digər telekommunikasiya və ya elektron ötürmə metodu daxil olmaqla, Şirkətin vaxtaşırı icazə verə bildiyi istənilən kommunikasiya metodu deməkdir.
İstifadəçi aşağıdakılara yol verməyəcək (i) İstifadəçi haqqında, İstifadəçinin Hesabları və ya İstifadəçinin digər maliyyə təşkilatlarında olan Hesabları haqqında heç bir yanlış, qeyri-dəqiq və ya natamam məlumat təqdim etməyəcək; (ii) Xidmətlərə qeyri-qanuni, dələduzluq, bədniyyətli və ya iftiralı məqsədlərlə daxil olmayacaq və ya onlardan istifadə etməyəcək; və ya Xidmətlərin qorunub saxlanmasına, toxunmazlığına, effektivliyinə, xoş niyyətliliyinə və ya rabitəliliyinə xələl gətirə biləcək əməllər və ya tədbirlər görməyəcək (qeyri-qanuni, dələduz, bədniyyətli və ya iftiralı və ya hər hansı digər şəxsə xələl gətirə biləcək və ya gətirən əməllər daxil olmaqla).
MSB mobil tətbiqində özü tərəfindən digər istifadəçiyə giriş imkanı (user) verdikdən sonra giriş imkanı verdiyi istifadəçi tərəfindən özünün mülkiyyətinə qarşı törədiləcək hər hansı qanunsuz əməllərə görə “MSB” Məhdud Məsuliyyətli Cəmiyyəti məsuliyyət daşımır. İlkin profilə çıxışın məhdud olması səbəbindən əlavə profil açan İstifadəçi Şirkətə onun bağlanılması xahişi ilə və ya Parolun xatırlanması opsiyası vasitəsi ilə çıxışın bərpa olunması xahişi ilə müraciət etməlidir. Əlavə (saxta) profillərin açılması ilə bağlı bütün digər hallarda bu profillər Şirkət tərəfindən bloklaşdırılacaq, İstifadəçinin topladığı bonus xalları isə tam olaraq silinəcək. İstifadəçi saxta profilindən istifadə etməklə hər hansı hədiyyəni qazanarsa, Şirkət həmin hədiyyəni istifadəçiyə təqdim etməmək hüququna malikdir.
Xidmətlərə Mobil Qoşma vasitəsilə daxil olmaq və ya onlardan istifadə etmək üçün aşağıdakı qaydalar tətbiq olunur: (i) İstifadəçi Mobil Qoşma istifadə etmək üçün İOS və Android əməliyyat sistemləri ilə müvafiq linkdən tətbiqi endirməli və tətbiqə daxil olmalıdır;
İstifadəçi özünün Şifrəsini hər zaman tam məxfi saxlamalıdır. İstifadəçi heç kəsə öz Şifrəsini açıqlamalıdır. Əgər İstifadəçi öz Şifrəsinin kiməsə məlum olmasından şübhələnərsə və ya bu barədə xəbər tutarsa, İstifadəçi dərhal Şirkətə bu barədə məlumat verməlidir və dərhal Parolunu müvafiq qaydada dəyişməlidir. İstifadəçinin bu bənd üzrə öhdəlikləri aşağıda göstərilən istisnalardan asılıdır: (ii) İstifadəçi Şifrəsini özünəməxsus və digər şəxslər tərəfindən asanlıqla tapıla bilməyən və ya əldə oluna bilməyən olmalıdır, o cümlədən: doğum tarixindən və ya İstifadəçinin öz və ya ailə üzvünün adından, İstifadəçinin telefon nömrəsindən, sosial sığorta nömrəsindən və ya “1234” kimi ardıcıl rəqəmlərdən istifadə olunmamalıdır. (iii) Xidmətlər üçün İstifadəçiyə məxsus məlumatların təhlükəsizliyi İstifadəçinin normal təhlükəsiz iş qaydalarına riayət olunmasından asılıdır. İstifadəçi razılaşır ki, Xidmətlər vasitəsilə əməliyyatlar həyata keçirərkən, İstifadəçi əməliyyat həyata keçirmək məqsədilə Xidmətlər vasitəsilə ötürülən məlumatlar daxil olmamaq şərtilə, hər hansı məxfi məlumatın kimsəyə açıqlanmamasının təmin olunması üçün bütün lazımı tədbirlər görür. Buraya o cümlədən aşağıdakılar daxildir: digər insanlar İstifadəçinin kompyuter ekranını və ya Elektron Daxilolma Cihazındakı klaviaturanı görməməlidir və İstifadəçinin zəngini eşitməməlidir. Elektron Daxilolma Cihazını diqqətsiz qoymamalıdır; və d) İstifadəçi kompyuterlə iş üzrə təhlükəsizlik qaydalarına riayət etməlidir və həmin qaydalar ən azı aşağıdakılar olmalıdır: ən son virusun aşkarlanması proqramı və şəbəkələrarası ekran sistemi, əgər belə təhlükəsizlik tədbirləri İstifadəçinin Elektron Daxilolma Cihazında mövcuddursa; (e) İstifadəçi Hesabda hər hansı qeyri-adi, şübhəli və ya dələduz əməl barədə məlumatlı olarsa, İstifadəçi dərhal bu barədə Şirkəti məlumatlandırmalıdır. (f) İstifadəçi Xidmətlərlə bağlı Şirkətin tələb edə biləcəyi istənilən əlavə təhlükəsizlik tələblərinə riayət etməyə hazır olmalıdır.
Şirkət cookie-fayllarından və digər izlənmə texnologiyalarından istifadə etməklə İstifadəçinin onlayn əməliyyatlar və ya üçüncü tərəflərin internet saytlarında yerləşdirilən Şirkətin elanları üzrə məlumatları toplaya bilər və internet saytlarının təhlükəsizliyini təmin edə bilər. İstifadəçinin onlayn əməliyyatları üzrə məlumat və Şirkətin İstifadəçi barədə malik olduğu digər məlumatlarla birgə Şirkətin onlayn reklam kampaniyalarının effektivliyini qiymətləndirmək, internet saytının funksionallığını barədə məlumat toplamaq, İstifadəçinin maraq və ehtiyaclarını anlamaq, İstifadəçini xüsusi onlayn təcrübə ilə təmin etmək və İstifadəçini maraqlandıra biləcək məhsullar və xidmətlər barədə İstifadəçini məlumatlandırmaq üçün istifadə oluna bilər. Şirkət İstifadəçinin şəxsi məlumatını Azərbaycan Respublikasının şəxsi məlumatın qorunmasını təmin edən qanunlarına uyğun olaraq qəbul etməlidir, saxlamalıdır, istifadə etməlidir və pozmalıdır.
Şirkət (MSB MMC) bu Mobil Tətbiqdə təqdim etdiyi Xidmətlərin təmin olunması üçün müəyyən edilmiş və əvvəlcədən xəbər etdiyi dəyişə bilən haqlar tələb edir. Şirkətin başqa tələbi olmazsa, istənilən Ödəniş ödəmə müddətində qanuni ödəmə vasitəsi olan valyuta ilə həyata keçirilə bilər. İstifadəçi qəbul edir ki,müddətli müəyyən edilmiş ödənilmiş məbləğ xidmətdən istifadə edilib-edilməməsindən asılı olmayaraq geri qaytarılmır.
Bu İstifadə Şərtlərində başqa cür şərtləndirilməmişsə, “MSB” Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıdakı səbəblərdən məruz qaldığı itkilərə,zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşımır: (ii) Bu İstifadə Şərtləri və ya Xidmətlər, və ya (iii) Xidmətlərlə bağlı İstifadəçi tərəfindən təqdim edilən və ya təqdim edilə biləcək istənilən göstərişlər. Şirkət yalnız özünün ciddi etinasızlığı (kommersiya standartları əsasında müəyyən olunmalıdır) nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşıyır. Şirkət heç bir halda, hətta əgər Şirkət ciddi etinasızlığa yol verərsə, iddianın əsaslandırılmasından asılı olmayaraq İstifadəçinin məruz qaldığı məlumat itkisinə və ya hər hansı dolayı, vasitəli, xüsusi, artırılmış, cərimə və ya cəza xarakterli heç bir zərərlərə görə nə bütövlüklə, nə də qismən (biznesin hər hansı yolla dayandırılması, mənfəət, məlumat, imkanlar, gəlirlər, nüfuz itkisi və ya hər hansı digər kommersiya və ya iqtisadi itki) məsuliyyət daşımır, hətta əgər Şirkət belə zərərlərin ehtimalı barədə əvvəlcədən məlumat təqdim etmişsə. Bundan əlavə Şirkət, heç bir halda, hətta əgər ciddi etinasızlığa yol verərsə, İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı istənilən itki və ya zərərlərə görə məsuliyyət daşımır: (a) Üçüncü tərəflərin fəaliyyəti, fəaliyyətsizliyi (və heç bir belə Üçüncü Tərəf Şirkətin agenti kimi fəaliyyət göstərən hesab olunmayacaq); (b) (i) İstifadəçinin Şirkətə təqdim etdiyi hər hansı məlumatlarda (o cümlədən daxil olma məlumatları) və (ii) hər hansı Üçüncü Tərəfin təqdim etdiyi məlumatlarda səhvlər, xətalar, buraxılmalar, qeyri-dəqiqliklər və ya digər uyğunsuzluqlar (İstifadəçinin yeni versiyanın əldə etməməyi daxil olmaqla); (c) Şirkətin nəzarətində olmayan hər hansı səbəbdən (digərlərdən savayı hər hansı sistem sıradan çıxması və ya texniki xətaları) Şirkətin İstifadəçi qarşısında öhdəsinə götürdüyü hər hansı öhdəliklərinin yerinə yetirilməməsi və ya yerinə yetirilməsində yaranan gecikmələr, səhvlər, dayanmalar; (d) Xidmətlərə daxil olmaqda və ya onlardan istifadə etməkdə yaranan hər hansı gecikmələr və ya buna müvəffəq olmamaq (gecikdirilmiş haqlar kimi istənilən ödəmələr və ya İstifadəçinin Üçüncü Tərəflərə ödəməli ola biləcəyi əlavə faiz); (e) İstifadəçinin Şirkətin internet saytından çıxması və hər hansı Üçüncü Tərəfin internet saytına qoşulması və ya çıxması və ya istifadəsi; (f) Bu İstifadə Şərtlərinə uyğun olaraq İstifadəçinin öhdəsinə düşən təhlükəsizlik də daxil olmaqla hər hansı öhdəliklərin yerinə yetirilməməsi və ya Xidmətlərlə bağlı Şirkətin İstifadəçiyə vaxtaşırı verə biləcəyi istənilən göstərişlərin yerinə yetirilməməsi (g) Xidmətlərə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar istənilən qanunsuz əməliyyat, dələduz və ya digər əməllər etmək. İstifadəçi belə məsələlərlə bağlı onun hesabına xidmət göstərən banka müraciət etməlidir.Şirkətin ciddi etinasızlığı nəticəsində yaranana iddialar, xərclər və məsuliyyətlər daxil olmamaq şərtilə, İstifadəçi Şirkəti (i) İstifadəçinin Xidmətlərə daxil olması və onlardan istifadə etməsi, və ya (ii) İstifadəçi tərəfindən İstifadə Şərtlərinin pozulması nəticəsində yaranan istənilən iddialardan, xərclərdən və məsuliyyətlərdən azad edir və təhlükəsizliyini təmin edir. Xidmətlərlə bağlı olan hər hansı şikayətlər Şirkətin rəsmi veb səhifəsinə və email ünvanına göndərilməlidir.
Şirkət Xidmətin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır əgər belə yerinə yetirilməmə təbii fəlakət (yanğın, daşqın, zəlzələ, fırtına, qasırğa və ya digər təbii fəlakət), müharibə, işğal, xarici düşmənlərin əməlləri, döyüş əməliyyatları (müharibə elan olunmuş olub-olmamasıından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, inqilab, qiyam, hərbi və ya hakimiyyətin qəsb edilməsi və ya müsadirə, terrorizm əməlləri, milliləşdirmə, dövlət sanksiyası, qadağa, embarqo, əmək mübahisəsi, tətil, lokaut və elektrik təchizatının, kabel, telefon və ya Xidmətlərin yerinə yetirilməsi üçün tələb olunan digər xidmətlərin dayandırılması və ya sıradan çıxması nəticəsində baş vermişdirsə.
Şirkət istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən İstifadə Şərtlərini (bütövlüklə və ya qismən) dərhal ləğv edə bilər və ya müvəqqəti dayandıra bilər və ya İstifadəçinin hər hansı Xidmətlərə daxil olmasını dayandıra bilər. Şirkət belə müvəqqəti dayandırma və ya ləğv etmə nəticəsində baş verə biləcək istənilən itki və ya narahatlığa görə məsuliyyət daşımır.
Şirkət Mobil və Veb internet səhifəsində malik olduğu bütün əqli mülkiyyət hüquqlarının sahibidir. Bura Mobil Veb Qoşmasında olan internet səhifələri daxildir. Başqa cür göstərilməmişsə, Xidmətlərə aid bütün mətnlər, şəkillər, illüstrasiyalar, proqram təminatı, HTML kodları, audio kliplər və video təsvirlər daxil olmaqla bütün əmtəə nişanları, loqolar və bütün işlər Şirkətin mülkiyyətidir və şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hallar istisna olmaqla baxılma, çap edilmə və ya İstifadəçinin Veb Qoşmaları ilə bağlı əməliyyatlarının elektron surətlərinin arxivləşdirilməsi da daxil olmaqla, onlar bu İstifadə Şərtlərinə və Şirkətin sonradan İstifadəçiyə verə biləcəyi göstərişlərə uyğun olaraq Şirkətin yazılı icazəsi olmadan heç bir halda nə bütövlüklə, nə də qismən yenidən düzəldilməməlidir, yüklənməməlidir, yerləşdirilməməlidir, ötürülməməlidir, paylaşdırmamalıdır və ya dəyişdirilməməlidir. Bu İstifadə Şərtlərində və ya Şirkətin Xidmətlərində qeyd olunanların heç biri Şirkətin işlərindən, əmtəə nişanlarından və ya loqolarından heç bir digər yolla istifadə olunması hüququnu yaradan kimi şərh edilməməlidir.
Bu İstifadə Şərtlərində xüsusi olaraq qeyd olunmayan bütün məsələlər yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tənzimlənir. Xidmətlərə daxil olma və ya onlardan istifadə etmə və ya bu İstifadə Şərtləri ilə bağlı hər hansı mübahisələr yarandıqda, tərəflər belə mübahisələri danışıqlar yolu ilə həll olunması üçün əlindən gələni etməlidir. Danışıqlar başlayan andan etibarən tərəflər mübahisələri 30 (otuz) gün ərzində həll etməzsə, istənilən tərəf belə mübahisələrlə bağlı müstəsna yurisdiksiyaya malik olan Azərbaycan Respublikasının kommersiya və ya rayon məhkəmələrinə müraciət edə bilər.